Gürcüstanda daha 10 nəfər koronavirusdan öldü

  • 24 Okt 2020 11:26
  • 1443 Baxış
Gürcüstanda daha 10 nəfər koronavirusdan öldü

Gürcüstanda son sutkada koronavirusa 1 941 yeni yoluxma faktı təsdiqlənib, 412 nəfər müalicə olunaraq sağalıb, 10 pasiyent isə vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 26 503-ə çatıb. Onların 10 163-ü sağalıb, 193-ü isə dünyasını dəyişib.

Karantin zonalarında 4 180, stasionar nəzarətdə isə 3 571 nəfər saxlanılır. 1 848 simptomsuz xəstə xüsusi otellərdə müalicə ilə təmin olunur.