Gürcüstanda daha 30 nəfər koronadan öldü

  • 2022.01.15 11:04
  • 1184 Baxış
Gürcüstanda daha 30 nəfər koronadan öldü
Gürcüstanda ötən sutkada daha 5 381 nəfərin koronavirusa yoluxduğu müəyyən olunub, 30 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyası 990 183 nəfərdə aşkarlanıb, onların 14 425-i ölüb.

Son 24 saat ərzində 1 065, ümumilikdə isə 925 137 nəfər müalicə olunaraq sağalıb.