Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

  • 2020.08.19 10:00
  • 2700 Baxış
Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda son sutkada koronavirusa 10 yeni yoluxma faktı təsdiqlənib, 6 pasiyent sağalıb.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 361-ə, sağalanların sayı isə 1 098-ə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 235, stasionar nəzarətdə isə 302 nəfər saxlanılır.