Gürcüstanda yoluxma sayı artıb

  • 2021.10.09 10:55
  • 1009 Baxış
Gürcüstanda yoluxma sayı artıb

Gürcüstanda son sutkada daha 2 844 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 29 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 631 563-ə, ölənlərin sayı isə 9 221-ə yüksəlib.

Ötən 24 saat ərzində 814, ümumilikdə isə 598 468 nəfər müalicə olunaraq sağalıb.