Hansı dərmanlar donuz qripi virusunu məhv edə bilər?

  • 2022.12.16 15:36
  • 2279 Baxış
Hansı dərmanlar donuz qripi virusunu məhv edə bilər?


Qrip, xüsusən donuz qripinda müalicə mümkün qədər tez və ilk günlərdə başlamalıdır.

Bakupost.az xəbər verir ki, infeksionist Yevgeniy Timakov qripə təsirli müalicəvi preparatlardan danışıb.

“Virusları öldürən bəzi preparatlar var. Bunlar oseltamivir əsaslı dərmanlardır, onlar donuz qripinə qarşı da effektivdir.

Qrip diqnozunda spesifik müalicə ilk gündə başlamalıdır. Qrip əleyhinə dərmanların istifadəsini ancaq həkim təyin edir, bu dərman digər viruslara təsir etmir. Dərmanların əks təsiri əsasən mədə-bağırsaq orqanlarına olur.

Qripi hazır eskpress testlərlə təyin etmək olur.

Adətən donuz qripi və qrip işdə, olduğunuz mühitdə, ailədə kiminsə xəstələnməsi ilə özünü göstərir və sizin yoluxmaq ehtimalınızı artırır.

Aygün