Hansı pəhrizlər sağlamlıq üçün təhlükəlidir

  • 2022.10.31 14:17
  • 618 Baxış
Hansı pəhrizlər sağlamlıq üçün təhlükəlidir


Çiy qidalanma və məşhur ketodieta sağlamlıq üçün təhlükəlidir.

"Medicina" xəbər verir ki, terapevt İrina Aleksandrova gənclərin "evini yıxan" pəhrizlərdən danışıb.

"İnternetdə çox yayılmış ketodieta, çiy qidalanma, ancaq tərəvəz şirəsi içmək, su pəhrizi sağlamlığı təhlükə altına qoyur.

Dieta tibdə müəyyən xəstəliyi olan insanlar üçün tibbi göstərişlə təyin olunan qidalanma növüdür, onu həkim təyin edir.
Dieta çəki atmaq üçün deyil.

Elmi araşdırmalara görə, ketodieta bütün xəstəliklərdən ölüm riskini dəfələrlə artırır.

Karbohidratlardan tam imtina orqanizm üçün uyğun qidalanma deyil. Karbohidrat beyinə enerji verir.

Mürəkkəb karbohudratlar olmadıqda ketoasidoz əmələ gələ bilər.
Bu təhlükəli hal ölümlə nəticələnə bilər.

Eləcə də 2x2 pəhrizi, yəni 10 gün ərzində cəmi 2 növ ərzaq yeyib başqa qida qəbul etməmək də zərərlidir, əzələ kütləsini itirir.

Bu pəhriz həzm orqanları xəstəlikləri, depressiya, avitaminoz və gücün azalmasına səbəb olur.
Ancaq su içərək arıqlama isə insana enerji vermir, insan daim yorğunluq hiss edir".



Aygün Musayeva