Hansı qidalar yuxuya təsir edir?

  • 2023.05.01 14:45
  • 1690 Baxış
Hansı qidalar yuxuya təsir edir?
Fizioloqlar müəyyən ediblər ki, qidada olan karbohidratların miqdarı yuxuya təsir edə bilər.


“Medicina” xəbər verir ki, Qərbi Virciniya Universitetinin alimləri insanın yuxusunun keyfiyyətinin yeyilən karbohidratların miqdarından asılı olduğunu təsdiqləyən elmi iş aparıb.


Onlar 23 peşəkar futbolçunun iştrak etdiyi eksperimentdə, yarış mövsümündə 31 gecə yuxu zamanı bədəndə baş verən prosesləri qeydə alan xüsusi ağıllı üzük taxmağı xahiş ediblər. Son üç gün ərzində onlar alimlərə pəhrizləri ilə bağlı hesabatlar təqdim ediblər.


Məlum olub ki, yüksək miqdarda karbohidratlar, B12 və C vitaminləri istehlak edən idmançılar, bir qayda olaraq, digərlərindən daha tez yatır və erkən qalxma zamanı çətinlik çəkmədilər. Ancaq qeyri-kafi miqdarda faydalı qida qəbul edən futbolçular vaxtında və yaxşı yata bilməyiblər.

Alimlər hesab edirlər ki, müəyyən qidaların tərkibində olan faydalı maddələr yuxunu tənzimləyən həyati vacib hormonların, o cümlədən serotonin və melatoninin sintezini artırır.

Günay Quluzadə