Hansı vitaminlər koviddən sonra beyini bərpa edir?

  • 2022.02.16 16:32
  • 2090 Baxış
Hansı vitaminlər koviddən sonra beyini bərpa edir?

Kovid zamanı baş beyin ciddi zərər görür, bir çox funksiyaları pozulur

. Virus beynin koqnitiv funksiylarına təsir edir. Ona görə müalicələr zamanı beyni unutmamaq lazımdır.

Medicina.az xəbər verir ki, həkim nevroloq Aleksey Kudravçev neyrokovid adlanan postkovid zamanı beyinə lazim olan vitaminlərin verilməsini zəruri hesab edir.

“ B və C vitaminləri, xüsusən B 1 vitamini sinir toxumasını bərpa edir, beynin qocalmasının qarşısını alır, beyni oksigenlə təchiz edir, hipoksiyanın qarşısını alır.

Öz növbəsində C vitamini sinir sistemini qidalandırır, yükünü azaldır, onların qocalmasını ləngidir. Antioksidant təsir edir. Kovid xəstələrinə sonrakı dövrdə bu vitaminlər çox vacibdir”.