Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı xərçəng növlərində bel ağrısı olur?

  • 2025.07.09 16:59
  • 112 Baxış
Hansı xərçəng növlərində bel ağrısı olur?

Əgər bir insanda davamlı və ya qeyri-adi bel ağrısı varsa, təkcə bel, onurğa yox, digər orqanlar da yoxlanmalıdır.


“Medicina” xəbər verir ki, həmişə bir həkim tərəfindən müayinə edilməlidir, bəzi hallarda xərçəng əlaməti olaraq ortaya çıxır.


Bəzən bel ağrısı pis xəstəliyin əlamətidir: müxtəlif xərçəng növlərinin simptomu ola bilər.


Həkimlər bu cür ağrıların müddətinə diqqət yetirməyin vacib olduğunu vurğulayırlar.

Böyük Britaniya Milli Səhiyyə Xidməti tövsiyə edir: "Əgər evdə bel ağrınızı müalicə etməyə çalışırsınızsa, lakin simptomların bir neçə həftə davam etdiyini görürsünüzsə, həkiminizə müraciət etməlisiniz".

Sidik kisəsi xərçəngi.

Yale Universitetinin məlumatlarına görə, bel ağrısı sidik kisəsi xərçənginin əlaməti ola bilər. Çox vaxt bədxassəli şişlər sidik kisəsinin ən dərin toxumalarında böyüyür və bel ağrısı xərçəngin inkişaf etmiş bir formasını göstərə bilər.


“Əgər bel ağrısı tez-tez sidiyə getmə, sidikdə qan və sidik ifrazı zamanı ağrı ilə birləşirsə, ən qısa zamanda həkimə müraciət etməlisiniz”.

Onurğa xərçəngi. Onurğa beyni və onurğanın xərçəngi də bel ağrısına səbəb ola bilər (xoşxassəli şişlər kimi). Mayo Clinic bildirir ki, əgər insanda əlavə olaraq qollarda və ayaqlarda uyuşma, zəiflik və koordinasiya itkisi varsa, bel ağrısının onurğa xərçənginin əlaməti olma ehtimalı daha yüksəkdir.


Ağciyər xərçəngi. Bel ağrısına səbəb ola biləcək başqa bir xərçəng növü. Xəstəliyin digər əlamətlərinə qanlı öskürək, daimi təngnəfəslik, zamanla güclənən uzunmüddətli öskürək tutmaları və iki və ya daha çox həftə ərzində keçməyən öskürək daxildir.


Aygün Musayeva