Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hansı xəstələrə şorba yemək mütləqdir - Dietoloq

  • 2022.04.08 14:16
  • 3513 Baxış
Hansı xəstələrə şorba yemək mütləqdir   - Dietoloq

Mütəxəssislər şorbanın hər gün yeyilməsinin vacibliyi fikrini inkar etsələr də, dietoloqlar bəzi xəstəliklərdə şorbanın lazımlı olduğunu bildirir.

Bakupost.az xəbər verir ki, rusiyalı həkim dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq hansı xəstələrin rasionunda şorbanın mütləq olması barədə açıqlama verib.

Belə ki, şorba tərəvəz yeməyənlər üçün əlavə vitamin mənbəyidir. O həzm prosesini yumşaldır, mədə-bağırsaq üçün faydalıdır.

Şorbada ətə nisbətən daha az sayda bakteriya var. Bu da qıcıqlanmış bağırsaq sindromu, iltihabi xəstəlikləri olanlar üçün vacibdir.
"Şorba mədədə qidanın bərabər həll olmuş kütləyə çevrilməsinə kömək edir.

Qastrit, xora, kolit, mdəaltı vəz problemi, pankreatit olan xəstələr üçün birinci qidanın şorba olması vacibdir.

O, toxluq, doyumluluq baxımından ikinci qidadan fərqlənmir, lakin 2 dəfə daha az kalorilidir.

Ferment çatışmazlığı olanlar da sulu yemək yesə fermentlər qidalı maddələrlə birləşib, onların bağırsaqdan qana sovrulmasını təmin edər.

Şəkərli diabet və qəbizliyi olanlar da qidalanmanı sulu faza ilə başlamalıdır.
Şorbada olan ət, tərəvəzlər, yarmalar mədənin selikli qişasını qıcıqlandırmır, əksinə divarı zədələnmədən qoruyur".


Aygün Musayeva
BakuPost