Hantavirusa yoluxanların sayı 13-ə çatdı

  • 2026.05.27 13:55
  • 86 Baxış
Hantavirusa yoluxanların sayı  13-ə çatdı

İspaniya hökuməti “MV Hondius” kruiz gəmisində yayılan hantavirus infeksiyasına daha bir yoluxma halının aşkarlandığını bildirib.

Medicina.az xarici mediaya istinadən xəbər verir ki, bununla da həmin virusa ümumi yoluxma sayı 13-ə çatıb.

Məsələ ilə bağlı “X” hesabında paylaşım edən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus vəziyyətin sabit olaraq qaldığını vurğulayıb.

Onun sözlərinə görə, mayın 2-də ÜST-ə ilk dəfə xəstəlik barədə məlumat verildikdən sonra hantavirusdan yeni ölüm halları qeydə alınmayıb.