Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

  • 2020.11.20 13:47
  • 1642 Baxış
Hava qeyri-sabit keçəcək -  XƏBƏRDARLIQ


Noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Medicina.az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 23-ü axşamadək davam edəcəyi, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Qərb küləyi noyabrın 23-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.