Həbs olunan baş həkim İmran Ağayev kimdir?– Daha bir klinikanın baş direktorudur

  • 2021.04.22 15:10
  • 12399 Baxış
Həbs olunan baş həkim İmran Ağayev kimdir? –   Daha bir klinikanın baş direktorudur

Koronavirus xəstələrinin müalicəsi həyata keçirilən "Yeni Klinika"nın baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin ZIĞ Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayevin xəstələrdən rüşvət alınması səbəbindən həbs olunduğunu xəbər vermişdik.

Bəs Zığ Modul xəstəxanasının baş həkimi İmran Ağayev kimdir?

Medicina.az xəbər verir ki, İmran Ağayev bura baş həkim təyin olunana qədər ölkənin məşhur stomatoloqu və iş adamı idi.

Belə ki, o, MediStyle klinikasının baş direktorur, özünün özəl stomatoloji mərkəzi var idi.

PhD. dr. İmran Ağayev 2003-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir.

• 2003-2006-cı illərdə çənə cərrahı ixtisası üzrə internatura və kliniki ordinatura keçmişdir.
• Stomatologiya kafedrasının assistenti, tibb elmləri namizədi (tibb üzrə fəlsəfə doktoru), Azərbaycan İmplantoloqlar Assossiasiyasının üzvüdür.
• 2009-cu ildən bəri Azərbaycan Respublikası Gömrük Komitəsinin Mərkəzi Qospitalının stomatoloqu olub.

Qeyd edək ki, İmran Ağayevin həyat yoldaşı da Bakının tanınmış həkim qastroenteroloqudur.

MediStyle klinikasından bildirdilər ki, hazırda İmran Ağayevin həbsi ilə bağlı məsələlər aydınlaşana kimi o baş direktor vəzifəsindən azad ediləcək, yerinə başqa təyinat olacaq.