“Heç sperması olmayan kişilər də ata ola bilər...” – Süni mayalanma üzmanı ilə MÜSAHİBƏ

  • 2021.07.06 18:09
  • 12635 Baxış
“Heç sperması olmayan kişilər də ata ola bilər...”  – Süni mayalanma üzmanı ilə MÜSAHİBƏ

Ümidi tam kəsilən cütlüklər burda valideyn olur - Süni mayalanma ilə bağlı ən yeni üsullar


Başkent Universiteti Ankara xəstəxanasının Süni mayalanma mərkəzinin uzman ginekoloq cərrahı, İFV - süni mayalanma üzrə mütəxəssisi Göğşen Mehmet Önalan Türkiyənin ən seçilmiş həkimlərindəndir. 23 illik süni mayalanma üzrə fəaliyyəti dövründə 1000-dən çox ailəyə tüp bebek üsulu ilə övlad verib.

Medicina.az sonsuzluq üzrə uzman həkimlə müsahibəni təqdim edir:


  • Mayalanmada kişinin sperminin təsiri elə hesab edin ki,
  • bir qazan şorbada bir çimdik duz qədərdir.



- Göğşen doktor, Başkent Ankara xəstəxanasının Tüp bebek mərkəzi neçə ildir fəaliyyət göstərir, digər mərkəzlərdən nə ilə fərqlənir və əsas üstünlükləri nədədir?

- Başkent Universiteti Ankara xəstəxanasının Tüp bebek mərkəzi Ankarada açılan ilk süni mayalanma mərkəzlərindən biri və birincilərindəndir. 1997-ci ildən bəri çalışırıq. Ankarada süni mayalanma üzrə 6-7 mərkəz var. Bizim mərkəz illik süni mayalanma sayına görə həmişə ilk üçlüyə daxil olur. İldə 1200-dən çox süni mayalanma proseduru icra edilir.

Türkiyədə 35 yaşdan aşağı qadınlarda ikili, əkiz embrion köçürülməsi qanunla qadağandır, yalnız tək hamiləlik edilir. Bu yaş qrupunda süni mayalanma ilə hamiləlik 100-də 40-50% aralığında, 35 yaşdan yuxarı ikili embrion qoyulur, bu yaşda 100-də 60 civarinda hamiləlik statistikası var.

Mərkəzimizdə çox müasir, Amerika və Avropada bir süni mayalanma mərkəzinin laboratoriyası necədirsə, o səviyyədə texniki avadanlıqla təchiz olunmuş laboratoriyamız var.
Laboratoriya bu işdə çox önəmlidir.

Türkiyədə süni mayalanma üzrə xəstələrə dövlət xətti, sığorta ilə bəzi dəstəklər var. Bir çox testlər, analizlər və dərmanların verilməsində 50%-ə qədər güzəşt edilir.

Əgər sonsuzluğun səbəbi kişidədirsə, dövlət dəstəyi ilə bəzi testlər, cərrahi əməliyyatlarda da sığorta var.

Bir sözlə, 1997-ci ildən bəri, 23 illik təcrübəsi olan, Ankarada düzgün çalışması ilə tanınan mərkəzdir. Hamiləlik, süni mayalanma ilə bütün prosedurlar icra edilir: yumurta və sperma toplanma, dondurma, embrion dondurma, doğum, ginekoloji əməliyyatlar və s.

- Belə bir fikir var ki, süni mayalanmada əsas yük embrioloqun üzərinə düşür. Laboratoriya, embrioloq süni mayalanmanın uğurlu nəticəsində əsas şərtdir. Siz bu barədə nə düşünürsüz?



- Normalda süni mayalanmada hamiləliyin baş tutmasında laboratoriya 10-20 faiz təsir edir. Yaxşı professional bir embrioloq komandanın gözüdür. O da 100-də 20% təsir edər nəticəyə.

Embrionun seçmə kriteriyalarına sahib yöntəmlər lazımdır. Embrioloq embrionun 5-ci günündə qapalı bir ortamda, mikroskopun altında onu təqib edir. Mərkəzimizdə bütün cihazlar yeni alınıb, ən son modellərdir.

Qalan 70% uğur süni mayalanmaya gələn qadınların fizioloji sağlıq durumu, yaşı və yumurta sayıdır. Çünki süni mayalanmada rolu 80% qadın yumurtası, 20% kişi sperması oynayır.

Mayalanmada kişinin sperminin təsiri elə hesab edin ki, bir qazan şorbada bir çimdik duz qədərdir.

Deməli, yenə də baş rol qadındır. Nə qədər yaxşı olsa da, 44-45-46 yaşlı qadının yumurtası ilə 30-35 yaşdakı qadının yumurtası eyni ola bilməz.

Amma o da düzdür ki, alınan yumurtadan bir embrionu doğru düzgün ortaya çıxarmaq üçün laborator şərtlər və komanda, siz dediyiniz kimi təcrübəli embrioloq lazımdır.

Ortam və yöntəm çox önəmlidir. Amma bu mərkəzə gedim, orda super laboratoriya var, yəqin ki, 100% nəticə alınar deyə bir şey yoxdur. Bizim üçün qadının yaşı və bioloji materialın keyfiyyəti önəmlidir.


Bəzən olur yumurta da, sperma də yaxşıdır, keyfiyyətlidir, amma onu belə deyək bişirmək üçün mətbəxiniz yaxşı deyilsə, nəticə pis ola bilər. Əgər cütlüklərin yaşı, sperma və yumurta durumu yaxşıdırsa, onların yaxşı mərkəz və laboratoriya seçməsi çox yaxşı olar.

Bizim üstünlüyümüz təcrübəmizdir. Oturuşmuş bir sistem qurmuşuq, hər şeyimiz var, nəinki yaxşı yumurtadan, hətta çox zaman zəif sperma və yumurta hüceyrədən də uğurlu nəticələr ala bilirik.

- Həkim, İVF-də 10-20 il öncəki klassik metodlar qalıbmı? Son illər dünyada sizin sahənizdə hansı yeni üsulların tətbiqi öyrədilir? Süni mayalanmada dünya indi nələrə çalışır?



- Klassik metodların bir çoxları təkmilləşir. 1978-ci ildəki ilk süni mayalanma necə başlayıbsa, yumurta və sperma alınır, embrion yaradılır, embrion dondurulur - bunlar qalıb, sadəcə texniki olaraq dəyişib. Məsələn, 3-4 il öncə dondurulmuş yox, təzə hazırlanmış embrionun transferinə üstünlük verirdik, o daha effektiv idi. Çünki embrion dondurulma şərtləri yaxşı deyildi. Hamı istəyirdi ki, dondurulmuş deyil, təzə embrionla işləsin.


Amma indi laboratoriyalarda embrion dondurulması texnikləri o qədər yetişib ki, dobdurulmuş embrion transferi ilə hamiləlik sayı təzə ilə olanı üstələyib və çox yaxşıdır. Laboratoriyada zamana görə embrion seçmə, təqib yöntəmləri də dəyişib. Ən yaxşı embrionu seçmək üçün embrion içindən biopsi alınması və onun genetik yoxlanması mümkündür. Embrionun içindən çox kiçik bir parça alınır, genetik laboratoriyaya göndərilir, tam sağlam, genetik qüsuru olmayan embrion seçirik onu transfer edirik. Bu da daha sağlam körpə deməkdir.
Embrion biopsisi bizim mərkəzdə edilir.


Süni mayalanma üçün bir qadından bir ayda 2-3-4 yumurta əldə edə bilirik. Bu da yeni metoddur- hovuz yöntəmi deyilir.
Yumurta rezervi azalmış, çox vaxtı qalmayan, yaşı çox qadınlarda, süni mayalanma müalicəsi uğursuz olanlarda ikidən çox sayda yumurta toplama edirik, 3 ayda 6-8 ədəd yumurta yığıb dondururuq, sonra onları incələyib, çözüb ən yaxşılarından transfer edirik. Embrion seçmək üçün Taymeps dediyimiz ən son mikroskopumuz var.



Artıq elə bir dövrə gəldik ki, bu yuvarlaq olan baş hissədən də
süni mayalanma üçün material əldə edə bilirik.


- Doktor, dediniz ki, mayalanmada kişinin sperması bir miqdar duz rolunu oynayır. Axı elə kişilər var ki, onlara azospermsən, övladın olmayacaq deyilir. O zaman qadının yaşı nə qədər gənc, yumurtası bol olsa da, kişisində biomaterial yoxdursa, deməli, nəticə alınmaya bilər. Heç sperması olmayan kişilər üçün çıxış yolu, bir ümid varmı?

- Kişilərdən sperma seçimi yöntəmlərində çox müasir yeniliklər var. Rosiraund deyilən bir metod var. Yuvarlaq sperma toplanması deməkdir. Burda əgər kişidə aktiv quyruqlu sperma tapılmırsa, yəni faktiki bu kişinin sperması hamiləliyə yararlı deyilsə, o zaman biz quyruqsuz, yəni sadəcə yumru olan baş hissələrini tapıb toplayırıq.

Artıq elə bir dövrə gəldik ki, bu yuvarlaq olan baş hissədən də süni mayalanma üçün material əldə edə bilirik. Bu, çox böyük uğurdur. Amma bunu seçmək üçün çox yaxşı bir laboratoriya və embrioloq lazımdır. Bunu da bizim mərkəzdə edirik.
Tam yetişməmiş yarımçıq bir spermadan belə hamiləlik əldə edə bilirik.

- Yəqin ki, mərkəzə Türkiyənin başqa şəhərlərindən, bölgələrindən, eləcə də xarici ölkələrdən öncə dəfələrlə süni mayalanma etdirib, uğursuzluqla üzləşən cütlüklər gəlir. Siz onları müayinə, müalicə edərkən öncəki mayalanmada hansı səhvlərin buraxıldığını görürsüz? Və necə olur ki, 6-7 dəfə uğursuz cəhddən sonra sizdə ilk cəhddən hamilə qalırlar?..

- Əgər cütlükdə sperma, yumurta hüceyrə, yaş normaldırsa, süni mayalanma öncələrdə uğurlu olmursa, bunun laboratoriyadan və embrioloqdan qaynaqlandığını demək olar. Laboratoriyanın cihazları, hətta havalandırılması belə vacibdir. İstifadə edilən vasitələr, preparatlar- ucuz da ola bilər, bahalı da. Təbii ki, bahalı, keyfiyyətli vasitələrlə iş uğurlu olacaq.

Biz heç bir işdə ucuza və qənaətə qaçmırıq. İstifadə etdiyimiz bütün vasitələr və onu işlədən mütəxəssisin peşəkarlığı - əsas sirr bundadır.
Ola bilər digər yerlərdən gələn cütlüklər çarəsiz qalıb, yaxınlıqdakı mərkəzə müraciət edir, çox yerlər indi süni mayalanma edirik deyir. Yaşadığı yerə yaxındır, ya qiyməti münasib olub, ya həkimi ora yönəldib. Pasiyent bilmir, görə bilməz axı orda şərait necədir?

Tüp bebek üzrə təcrübə çox önəmlidir. Mənim artıq 26 ilimdir, bu da az deyil. Bir yumurta necə alınar, necə yetişər, nələr etmək olar ki, ən ümidsiz xəstədə də yumurta yetişdirmək, bunları artıq bilirik.

Mərkəzimizdə yumurta yetişdirə bilmədiyimiz qadın xəstəmiz çox nadir halda olar. Bunlar kimlərdir: 1-2 ildir menopauza girmiş xəstə, adət pozulması olanlar, 45 yaşı keçmiş qadınlar və s.

Biz xəstənin yaşı, sağlığı, çəkisi, zərərli vərdişi, xəstəlikləri, rezervini hesablayaraq, fərdi bir müalicə edirik. Bütün bunları bir həkimin öyrənməsi üçün 26 ilini verməsinə dəyər.

İlk dəfə süni mayalanma qərarı verən cütlüklərə onu deyərdim ki, getdikləri mərkəzi, yeri, həkimi araşdırsınlar, indi internetdə hər şey var, öncə maraqlansınlar. Güvənilən, düzgün bir yerə getsinlər.

- Bir qadının dəfələrlə uğursuz EKO etdirməsinin, yumurta toplanmasının, çoxlu hormonal dərman qəbul etməsinin orqanizmi və sağlığına zərəri varmı? Qadın ümumilikdə neçə dəfə süni mayalanma etdirə bilər?


- Süni mayalanma üçün istifadə edilən dərmanların qadına mənfi təsiri yoxdur. Sadəcə, yumurtalamanı artırmaq üçün verilən hormonal dərmanlar orqanizmi yükləyir. Normal halda bədən ayda bir yumurta verir, orqanizm buna uyğun hormonlar sərf edir. Süni mayalanmada 4-6 yumurta əldə etmək üçün hormonal təsir edirik. Bir yumurtanın yetişməsi üçün hormon tələbi 200-dürsə məsələn, 5 yumurta üçün 1000-ə yaxındır.
Bu səbəbdən bəzi sıxıntılar, qadında kökəlmə və s. verə bilər.

1978-ci ildən bəri aparılan araşdırmalar göstərib ki, günümüzdə sini mayalanmada istifadə olunan metod və dərmanların qadında xərçəng yaratmaq riski yoxdur. Süni mayalanma prosedurunun xərçəngi tətikləməsi ilə bağlı fakt yoxdur.


Süni mayalanmada bir təsir olur. Kişiyə bağlı sperma problemli sonsuzluqda xüsusi metodla toxum kisəsindən sperma tapıldığı və ya yumruhissə istifadə edildiyi zaman uşaqlar hipospadiya – peyğəmbər sünnəti dediyimiz patologiya ilə doğulurlar. Bundan başqa bir fərq yoxdur. Nə ananın, nə uşaqların sağlıqlarında heç bir təhlükə yoxdur.

- Doktor, təcrübənizdə ən yuxarı yaş həddi nə qədər olub? Məsələn, 25 ildir sonsuzluq, qadının 45, kişinin 50 yaşı var. Belə bir cütlüklərə övlad payı verə bilmisizmi?


- Qadın üçün doğum, hamiləlik yaşı ən maksimumu 46 yaşdır. 25 illik təcrübəmdə 46-da hamilə qalan gördüm. Amma ondan yuxarı yoxdur, tibbi baxımdan mümkün deyil. 50 yaşında qadının öz yumrutasından hamilə qalması şansı çox azdır, bəlkə də 1%. Dünya statistikasında 40 yaşa qədər qadınlarda süni mayalanma 40% uğurlu nəticə verir. 40 yaşdan sonra bu sürətlə azalır, hər keçən yaş 10%-ə düşür. 10 nəfər 43 yaşda qadına süni mayalanma etsək, onlardan bir nəfəri hamilə qalır.

Mənim bu gün üçün 45 yaşında hamilə qalmış xəstəm var. Amma hər kəs 45 yaşında gəlsin hamilə olacaq deyə vəd vermirik. 45 yaşında qadının sağlam şəkildə sona qədər hamiləliyi başa çatdırıb, körpəsini qucağına almasını da görmək lazımdır. Hamilə qalmaqla da iş bitmir.

40 yaşından sonra yumurta hüceyrələrin genetik sağlıq durumu da zəifləyir və genetik xəstəliklər çoxalır. Qadın yaş aldıqca yumurtanın keyfiyyəti hər mənada zəifləyir.


Mümkünsə qadınlar 40-ı keçməsin, keçibsə 44-ü keçməsin. Bu maksimum həddədir.


- Bəs kişilərdə yaş həddi neçədir? Neçə yaşa qədər süni mayalanmada iştirak edə bilərlər?

- Kişilərdə normalda 65-70-ə qədər spermada problem olmaz. Qadınla kişi arasında təməl fərq də budur. Qadınlarda reproduktiv dövr 20-35 yaş arası olur, sonra birdən düşməyə başlayır. Kişilərdə isə bu 60-dan sonra düşür.






Çox təəssüf ki, süni mayalanma müalicələri bir yarış meydanına çevrilib.
Hər kəs hamiləlik və doğum statistikasını artırmaq üçün bir dəfəyə normaldan çox embrion qoymağa çalışır.




- Doktor, bizdə yeni evlənən gənc və orta yaş kişilərdə çox zaman azosperm deyilən diaqnoz qoyulur, bu kişilərdə normal cinsi durum olsa da, sperma faizi demək olar sıfırdır və hətta bəzən süni mayalanmaya da alınmaz deyilir. Bu diaqnozda ümid varmı?


- Kişilərdə tam dəqiq azosperm olma statistikası 100-də 1 faizdir. Bu, çox az göstəricidir. Hər kişidə bu diaqnoz olmaz. Bu diaqnozu olan kişilərdə xaya toxum kisəsi kiçik əməliyyatla kəsilir, biopsi alınır, orda xüsusi mikroskop altında quyruqlu sperma rast gəlinərsə toplanır, süni mayalanma ilə hamiləlik şansı 50%-dir.

Əgər heç sperma tapmasaq, bu dəfə yuvarlaq hüceyrələrdən toxumlar alınır, onunla sınayırıq. Onlarla hamilə qalma 100-də 7-8-dir. Çox azdır, amma şans var.

Əgər kişilərdə uşaqkən enməmiş xaya problemi olmayıbsa, o zaman sperma tapmaq şansı var. Əgər 6-7 yaşa kimi xaya enməyibsə, toxum kisəsinin isti soyuq təsirindən termotənzimləyicisi pozulur və toxum yaratma qabiliyyəti pozulur. Onlarda tapılmaya bilər.

Kişilərdə bu problem zamanı əsas androloq cərrahın işidir. Testis – xaya toxuması kəsilir, orda mikroskop altında incələnib toxuma biopsisi alınır. Hər şey alınan yumurta və spermaya bağlıdır. Kişilərdə bu əməliyyatı icra edəcək cərrahın təcrübəsi və əl bacarığı da önəmlidir.

Sadəcə, bu əməliyyat bir az bahalıdır, təxminən 10 min türk lirəsidir.
Reasy deyilən bir metod da bu xəstələrə uyğundur. İnternetdən araşdıra bilərsiz. Ona görə hər sperman yoxdur, azospermsən, səndən uşaq olmaz deyən kişi ümidini tam üzməsin, onlar üçün də metodlarımız var, yetər ki, düzgün yerdə sınasınlar...


- Doktor, süni mayalanmada həkimlər daha çox embrion qoymağa çalışır. Bu yaxında bizdə süni mayalanma ilə beşəm doğuldu. Sanki həkimlər daha çox döl uğrunda reytinq savaşına çıxıblar. Bunun nə kimi zərərləri var?


- Çox təəssüf ki, süni mayalanma müalicələri bir yarış meydanına çevrilib. Hər kəs hamiləlik və doğum statistikasını artırmaq üçün bir dəfəyə normaldan çox embrion qoymağa çalışır.

Amma çoxdöllü hamiləlik o qədər risklidir ki, biz hətta 2 embrion qoyduqda belə rahat ola bilmirik. Türkiyədə qanunla 35 yaşa qədər qadınlara cəmi bir embrion qoyula bilər.

Bir embrionun özünün bölünüb tək yumurta əkizi olma ehtimalı 100-də birdir. Amma 2 embrion qoyduqda, 35 yaşdan yuxarı əkiz olmaq ehtimalı 100-də 10dur. Nadir olaraq iki embrion qoyduqda biri tək döl, digəri isə bölünüb əkiz olur. Amma beşüz, beşəm, beş embrion deyə bir şey yoxdur. Bizdə üçüz olduqda onu əkizə endiririk. Necə edirik? Bir dölün ürəyinə kiçik bir iynə giririk, 3-5 dəqiqə ərzində onu aradan qaldırırıq. Digər iki döl qalır.


Bu qədər illər ərzində aşılama ilə 2 dəfə 9 döllü hamiləlik gördüm, onları da iynə ilə azaldıb əkizə endirdik. Məqsədimiz çox döllü hamiləlik yox, tək döl hamiləlik əldə etməkdir, çünki doğru və sağlam olan budur. Çox döllü hamiləlik qadın üçün də, körpələr üçün də risklidir, sona kimi uğurlu olmur, yarımçıq doğulur və yaşama şansı azdır.

- Doktor, bağlı boruları açırsızmı?

- Bəli, laporoskopik olaraq açırıq. Laporoskopik bütün ginekoloji əməliyyatları edirik: mioma, uşaqlıq, uşaqlıq boynu əməliyyatları və s.
Histereskopiya da edirik. Bu yöndə Ankaradakı ən yaxşı mərkəzlərdən biriyik.


Mənim ən böyük tüb bebek cocugunun 22 yaşı var indi.
Bu uşaqlar təhsildə, məktəbdə çox yaxşıdırlar.


- Süni mayalanmada ata-ananın istəyilə uşağın cinsiyyətini – oğlan və qız seçmək mümkündürmü?

- Xeyr, Türkiyədə sifarişlə cinsiyyət seçilmir. Bunu həkim də seçmir. Embrionun dişi və ya erkək olmasına baxmırıq, hansı tutarsa tutar.


- Fonda 20 ildə Başkent Ankarada süni mayalanma ilə doğulan uşaqların fotolarını görürük. Pasiyentlərinizdən ən böyüyünün neçə yaşı var və sonradan onlarla görüşürsüzmü? Süni mayalanma uşaqları necə olur?

- Mənim ən böyük tüb bebek cocugunun 22 yaşı var indi. Bu uşaqlar təhsildə, məktəbdə çox yaxşıdırlar. Elmi olaraq da İngiltərədə sübut olunub ki, süni mayalanma ilə doğulan uşaqlar təhsildə uğurlu olurlar, fiziki, zehni olaraq təbii yolla doğulanlardan heç bir fərqləri yoxdur.

İlk süni mayalanma ilə dünyada doğulan insan indi 38 yaşındadır, özünün də artıq uşaqları vardır.
Dediyim kimi, süni mayalanma ilə doğulan oğlan uşaqlarının bir çoxu peyğəmbər sünnəti ilə doğulur.
Qızlar genetik olaraq dözümlüdürlər. Yan epigenetik təsirlərdən daha az zərər görürlər.




- Süni mayalanma ilə hamiləlikdə təbii doğuş tövsiyə edilir, yoxsa daha az risk olması üçün keysəriyyə olunur?

- Normal doğum edə bilirlər. Keçən həftə 41 yaşında xəstəm süni mayalanma ilə hamilə qalmışdı, təbii doğuş etdi. Heç bir risk yoxdur. Əkizdirsə keysəriyyə. Uşaq tərs gəlirsə onda da keysəriyyə ola bilər. Qalan normal hallarda doğum tövsiyə edilir.


- Neçə il fasilədən sonra təkrar süni mayalanma etdirmək olar?

- Ən tez 6 ay sonra mümkündür. Qadın süni mayalanma ilə hamilə qalıb uşağı dünyaya gətirdilkdən 1 il sonra yenidən müalicələrə başlaya bilər. Yumurta sayı azdırsa, gözləməyə zamanı yoxsa, 6 ay sonra başlamaq olar

- Təcrübənizdə 3-4 uşağının hamısı süni mayalanma ilə olan ailələr varmı?

- Var, təbii ki. Daha çox boruları bağlı olan qadınlarda süni mayalanma ilə hamiləlik asan olur. Belə ailə var. 2 əkizi oldu, sonra bir dəfə də etdik, əkiz oldu. 4 uşağı var. 4-ü də süni mayalanma ilədir.

- Bilirik ki, 10 il öncəyə kimi süni mayalanma çox bahalı prosedur idi, çox insanın gücü yetməzdi. Türkiyədə qiymətlər necədir?


- Kişidə normal sperma varsa, qadında yumurtahüceyrə yaxşıdırsa, yumurta çoxaltmaq, toplamaq, dondurmaq, laboratoriya işləmləri, süni mayalanmanı etmək 10 min lirəyədir. Dərmanlar və s. ilə 13 min edir.

Əgər kişidə toxum kisəsi əməliyyatı ilə ediləcəksə, bu bir az bahalı olur. Təkcə o əməliyyat 10 min lirədir. Bir də yaşı 35-dən yuxarılarda və ya ailədə genetik problem varsa, öncə ölü uşaq və düşük problemi olubsa, bir sıra genetik testlər olunmalıdır, embriondan biopsi alınacaqsa, o da əlavə üstünə gələ bilər.
Dediyim kimi, asan xəstədə ucuz olur, çətin problemlərdə xərclər də arta bilir.

- Türkiyədə bir kişinin heç sperması olmazsa, qadının da heç yumrutalığı və ya yumurtası olmazsa, eləcə də uşaqlığı olmazsa, donordan və surroqat anadan istifadə etmək qanunda varmı?


- Xeyr. Bizdə qanunlar ciddi. Donorla yəni digər bir şəxsin yumurtası ilə hamilə qalmaq üçün xarici ölkələrə getmək lazımdır. Bəzi ölkələrdə buna icazə var. Bizdə süni mayalanma yalnız kişi və qadının öz biomaterialı varsa və yalnız rəsmən ər-arvad olan cütlüklərə şamil edilir.


Süni mayalanma ilə doğulan uşaq 100% ər-arvadın öz uşağı olur. Heç bir əlavədən, donordan və s müdaxilədən söhbət gedə bilməz.


Azərbaycandan xəstələrin müraciət etməsi üçün əlaqə: +90 530 830 53 00





Aygün Musayeva
Medicina az



“Heç sperması olmayan kişilər də ata ola bilər...”  – Süni mayalanma üzmanı ilə MÜSAHİBƏ