"Həftə sonları küçəyə çıxma qadağasının tətbiqinə məcburuq" – TƏBİB SƏDRİ

  • 2020.06.03 19:29
  • 3415 Baxış
"Həftə sonları küçəyə çıxma qadağasının tətbiqinə məcburuq"  –  TƏBİB SƏDRİ


Hər gün 200 minimum xəstə əlavə olunduğu üçün, alqoritmə uyğun olaraq, Operativ Qərargaha müraciət etməyimizə əsas verdi.

Medicina.az xəbər verir ki, bunu TƏBİB sədri Ramin Bayramlı brifinqdə bildirib.

Narıncı bölgələrdə, başda Bakı şəhəri olmaqla həftə sonu və ola bilsin ki, irəlidəki 1-2 ay ərzində bütün həftə sonları və bayram günləri tam şəkildə küçəyə çıxma qadağası təklifimiz qəbul edilib. Ona görə də vətəndaşlarımız buna hazır olmalıdır.

Bu təklifimiz beynəlxalq təcrübəyə əsaslanıb. Qonşu Türkiyə və İsraildə bu təcrübə hələ də tətbiq olunur.


Biz Ramazan günlərində bu bağlanışa getmək istəmədik, təəssüflər olsun ki, bu təcrübə özünü doğrultmadı. Ona görə biz bu məhdudiyyətlərə getməyə məcbur olduq.