Həftəsonu 5 nəfər yol qəzalarında həlak olub - RƏSMİ

  • 2021.11.29 09:45
  • 895 Baxış
Həftəsonu 5 nəfər yol qəzalarında həlak olub -  RƏSMİ
Həftəsonu Azərbaycanda baş verən yol qəzalarının sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Medicina.az -a bildirilib ki, noyabrın 27-28-də avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.