Yevlaxda həkim kabinetində intihar etdi

  • 2023.10.19 10:10
  • 2660 Baxış
Yevlaxda həkim kabinetində  intihar etdi
Yevlaxda 33 yaşlı kişi özünü öldürüb.

“Qafqazinfo” xəbər verir ki, Yevlax şəhərinin Nizami prospektində yaşayan və stomatoloq işləyən, 1990-cı il təvəllüdlü Nicat Raqif oğlu Əjdərli özünə məxsus stomatoloji kabinetdə intihar edib.

Onun naqildən asılı vəziyyətdə qalmış meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Bildirilir ki, bu ayın 28-də N.Əjdərlinin qardaşının toyu planlaşdırılırmış.

Faktla bağlı araşdırma aparılır.