Həkim ümumi diabet simptomlarını açıqladı - Şəkər xəstələri peyvənd olunmalıdırmı?

  • 2021.11.15 16:02
  • 1646 Baxış
Həkim ümumi diabet simptomlarını açıqladı -  Şəkər xəstələri peyvənd olunmalıdırmı?
"Ümumi diabet simptomlarına yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi, bulanıq görmə daxidlir".


Medicinaa.az xəbər verir ki, həkim-endokrinoloq Xalid Qurbanzadə Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki hesablarına diabet xəstəliyi ilə bağlı gələn sualları cavablandırarkən belə deyib.

"Gizli şəkər" nədir?

Qanda şəkərin səviyyəsi normadan yüksəkdirsə, lakin şəkərli diabet diaqnozu qoymaq üçün kifayət deyilsə, o zaman həmin şəxs prediabet (gizli diabet) kimi təyin edilə bilər. Tam normal şəxsdə aclıq qan şəkəri 100 mg/dl altında olmalıdı, diabet göstərici isə 126 mg/dl-dan yüksək hesab edilir. Məsələn, tədqiqatlar zamanı “Diabetin qarşısının alınması proqramına” qatılan prediabet xəstələrinin 11% də diabetin inkişaf etdiyi görülüb.

Son zamanlar diabetin diaqnostikasında çox vacib kriteriyalardan biri 3 aylıq şəkər göstəricisidir ki, normal şəxslərdə şəkər miqdarı 5,6 mmol/l altında, diabet xəstələrində isə 6,5 mmol/l çox olan insanlardır. Qeyd edilən sərhəd aralığında şəkər miqdarı olan şəxslər isə prediabetik qrupa daxil olur. Prediabetik pasientlər əvvəllər şəkərə meyillilik olaraq qeyd edilirdi, son zamanlar isə mütəxəssislər bu şəxslərdə də diabetdəki ağırlaşmaların ola biləcəyi düşünülərək xəstələr ciddi nəzarətdə saxlanılır. Prediabetik xəstələr şəkərə meyillilikdir, doğru zamanında təyin edilmiş müalicə və doğru həyat tərzi ilə bu mərhələni uzadıb diabetə keçidi uzun zaman saxlamaq mümkündür. 2020-ci ildəki statistikaya görə, tibb müəssisələrində qeydiyyatda olan şəkər xəstələrin sayı 287 min 466 nəfərdir.
Qandakı yüksək şəkər səviyyəsinə nəzarət edilməzsə və yüksəlmə davamlı olaraq baş verərsə, daxili orqanların ciddi struktur zədələnməsinə səbəb olur. Yüksək qan şəkəri ilə əlaqəli diabet simptomları diabetin klassik 3P simptomları adlanır. Bu, polidipsiya (həddindən artıq susuzluq və su içmək istəyi, maye qəbulunun əhəmiyyətli dərəcədə artması), poliuriya (çox tez-tez sidiyə getmə) və polifagiya (çox yemək istəyi, iştahanın artması).

Bunlara əlavə olaraq, digər ümumi diabet simptomları daxildir: yorğunluq və zəiflik, ağızda quruluq, tez-tez yaranan aclıq hissi, səbəbsiz çəki itkisi, bulanıq görmə.

Birinci dərəcəli qohumlarında (ana, ata, qardaş kimi) şəkərli diabet olanlar; YSLP xolesterolun miqdarı < 35 mq/dl (0.90 mmol/l) və/və ya triqliseridlərin miqdarı > 250 mq/dl (2.82 mmol/l); Polikistoz yumurtalıqlar sindromu (PKYS) olan qadınlar; ürək-damar xəstəliyi olanlar; yüksək qan təzyiqi olanlar; əvvəllər gizli şəkər diaqnozu qoyulmuş şəxslər yüksək risk qrupunda hesab olunur.

Şəkərli diabet xəstələri mütləq qaydada COVID-19 peyvəndi vurdurmalıdır.