Həkimdən insultla bağlı xəbərdarlıq - "Gənclər arasında çox yayılıb"

  • 2025.10.31 09:00
  • 316 Baxış
Həkimdən insultla bağlı xəbərdarlıq -  "Gənclər arasında çox yayılıb"

Beyindəki qan damarlarının tıxanması və ya daralması zamanı baş verən insult, yetkinlərdə ölümə və daimi ağırlaşmalara səbəb olan ən çox yayılmış xəstəliklərdən biridir. Mütəxəssislər bildiriblər ki, insult gənclərdə də daha çox yayılır.

Medicina.az xəbər verir ki, hər il minlərlə insanın həyatına təsir edən insult, təkcə yaşlıların deyil, həm də gənclərin üzləşdiyi ciddi bir sağlamlıq probleminə çevrilib.



Türkiyədə Medipol Mega Universiteti Xəstəxanasının Nevrologiya mütəxəssisi Elmir Xanməmmədov bildirib ki, insult qarşısı alına bilən xəstəlikdir. Risk sağlam həyat tərzi vərdişləri ilə əhəmiyyətli dərəcədə azalır.

İnsultların iki əsas qrupa bölündüyünü izah edən Xanməmmədov deyib:

"Beyin damarlarının tıxanması nəticəsində yaranan insultlara okklyuziv insult, damarların yırtılması nəticəsində yarananlara isə hemorragik insult deyilir. Hər iki halda da beyin toxuması oksigensiz qalır. Qəfil nitq pozğunluqları, görmə itkisi, qol və ya ayaqda zəiflik, başgicəllənmə ən vacib xəbərdarlıq əlamətləridir. Bu simptomlar baş verərsə, dərhal təcili yardım çağırılmalıdır".



Erkən müdaxilənin həyati əhəmiyyətini vurğulayan həkim qeyd edib:

"İnsult xəstələri ilk 24 saat ərzində müvafiq səhiyyə müəssisəsinə aparılmalıdır. Siqareti tərgitmək, arıqlamaq, oturaq həyat tərzindən çəkinmək və hipertoniya, diabet və yüksək xolesterol kimi xəstəlikləri idarə etmək vacibdir. Bu tədbirlər insult riskini əhəmiyyətli dərəcədə azaldır. İnsultun əlamətlərini tanımaq vaxtında müdaxilə etmək qədər vacibdir".

Aygün
Medicina.az