Stomotoloqun səhvi az qala uşağın həyatı bahasına başa gələcəkdi.
Medicina.az xəbər verir ki, diş həkimi bilmədən 12 yaşlı uşağın qarnına iynə salıb. Belə ki, həkim uşağın dişini müalicə edərkən başı digər həkimlə söhbətə qarışıb. Nəticədə əlindəki iynə azyaşlının nəfəs borusuna qaçıb və mədəsinə düşüb.
Hadisə Rusiyanın Leninqrad vilayətində baş verib. Bundan sonra həkim uşağa narahat olmamasını bildirib. O, uşağı əmin edib ki, iynə nəcis yolu ilə xaric olacaq.
Lakin uşaq evə gəlib və özünü pis hiss edib. Onu dərhal xəstəxanaya çatdırıbılar. Həkikmlər müayinə edərək iynəni aşkar edib və onu çıxara bilib.
Məsələdən sonra Rusiya polisi hadisə baş verən klinikada araşdırmalara başlayıb.