"Həkimlərə deyirəm ki, daha dözə bilmirəm..." - Koronaya yoluxan əməkdar artist

  • 08 Okt 2021 10:09
  • 501 Baxış
"Həkimlərə deyirəm ki, daha dözə bilmirəm..." -  Koronaya yoluxan əməkdar artist
"Vəziyyətim yaxşıdır, el dili ilə desək üzü bu yana doğru gəlirəm”.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında koronavirusa yoluxan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov deyib.

Əməkdar artist bildirib ki, həkimlər bir neçə gündən sonra təkrar analiz nümunələri götürəcəklər:

"Xəstəxanada darıxıram. Həkimlərə deyirəm ki, daha dözə bilmirəm, burada çətindir. Həkim deyir ki, "sən sağalmaq istəyirsən, yoxsa geri qayıtmaq”? Ona görə də səbrli olub dözməlisən”.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov koronavirusa yoluxub. Direktor hazırda Zığ Modul Tipli xəstəxanada müalicə olunur.