Yay aylarında banan ən çox seçilən qəlyanaltılardan biridir. Sağlam insanlar üçün gündə bir banan yemək təhlükəli deyil və balanslı qidalanmanın bir hissəsi ola bilər.
Medinina.az xəbər verir ki, banan lif, kalium və B6 vitamini ilə zəngindir. Bu maddələr ürək və əzələlərin normal fəaliyyətini dəstəkləyir, uzun müddət toxluq hissi yaradır. Orta ölçülü bir banan təxminən 90–120 kilokalori enerji verir.
Bananın tərkibində şəkər olsa da, bu, meyvənin təbii şəkəridir. Buna görə də sağlam insanlar üçün narahatlıq yaratmır. Lakin şəkərli diabet və ya böyrək xəstəliyi olan şəxslər bananı hansı miqdarda qəbul etməli olduqlarını həkimlə məsləhətləşməlidirlər.
Mütəxəssislər bildirirlər ki, gündə bir banan yemək əksər insanlar üçün təhlükəsizdir. Bununla yanaşı, sağlam qidalanma üçün müxtəlif meyvələrdən istifadə etmək daha faydalıdır.
Xanım,
Medicina.az