Hər həftə dərisi yenilənən - İlan adam

  • 2022.06.18 16:42
  • 3064 Baxış
Hər həftə dərisi yenilənən   - İlan adam


Hindistanın Qərbi Benqal əyalətində yaşayan 25 yaşlı Majibar Rahman Malik adlı şəxs nadir və ağır dəri xəstəliyindən əziyyət çəkir.

Bakupost.az xəbər verir ki, onun hər həftə dərisi dəyişir.

Bu xəstəliyinə görə o, “ilan adam” olaraq tanınır.
Malik xəstəliyinin anadangəlmə olduğunu deyir.

O, dərisinin soyulduğu yerdə qaşıntılı qırmızı ləkə və yaralar qaldığını qeyd edib.


Bu da bədən temperaturunda müəyyən problemlərə, metobolik sürətin artmasına və həyati təhlükəsi olan infeksiyalara səbəb olur.

Ailəsi onu xətəxanaya aparsa da, həkimlər bu xəstəlik üçün kömək edə bilməyib. Onun daha yaxşı xətəxanaya getməli olduğunu bildiriblər. Malikin ailəsinin isə həmin xəstəxananın xərclərini qarşılayacaq imkanı olmadığı üçün o, müalicəyə başlamayıb.
Qeyd edək ki, belə dəri xəstəliyinə Hindistanda daha bir neçə şəxsdə rast gəlinib.


Aynur
BakuPost