Hər huşu itənə ürək masajı etmək olmaz

  • 2023.05.02 20:41
  • 1486 Baxış
Hər huşu itənə ürək masajı etmək olmaz
Ürək-ağciyər reanimasiyası apararkən, süni tənəffüs etmək cəhdlərindən imtina etmək daha yaxşıdır.

“Medicina” xəbər verir ki, həkim Yelena Neçayevanın sözlərinə görə, ilkin tibbi yardım zamanı edilən səhvlər insanın həyatı bahasına başa gələ bilər.

“Ürək masajı, süni tənəffüs haqqında çoxları bilir. Amma kömək etmək istəyən həkim deyilsə və ya xüsusi təlim keçməyibsə, xəstəni görəndə ilk işi təcili yardım çağırmaqdır.

Bir insana kömək etmək məqsədilə ona fiziki təsir göstərmək böyük səhv ola bilər. Eləcə də infarkt və ya insult keçirə biləcək insanlara ayağa qalxmağa kömək etməməlisiniz.

Edə biləcəyiniz yardım xəstəni rahat uzatmaq, yaxasını açmaq, təcili yardım çağırmaqdır.

Mütəxəssislər tərəfindən müayinə olunana qədər zədə almış insanın yaraları toxunulmaz qalmalıdır. Hündürlükdən yıxılma və ya yol-nəqliyyat hadisələri nəticəsində xəsarətlər olduqd, kömək etməyə ehtiyac yoxdur. Bu şəraitdə ətrafdakıların hərəkətləri yaralıya zərər verə bilər”

Həkimin sözlərinə görə, qəza zamanı qızıl qayda var: “Həyati zərurət olmadan yerindən tərpənməyin, yaralıları çevirməyin”.

Hətta Fövqəladə Hallar Nazirliyinin tibb işçiləri olmadan zərərçəkmişi əzilmiş nəqliyyat vasitəsindən zorla çıxarmaq olmaz, mümkün qədər ətrafdakı əşyaları və ya avtomobilin qapısını çıxarmağa çalışın.

Günay Quluzadə