Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər insan qocalanda müdrikləşmir – Psixoloq

  • 2024.01.11 12:19
  • 1089 Baxış
Hər insan qocalanda müdrikləşmir  – Psixoloq
Dədə-babadan belə bir deyim var ki, 60 yaşa çatdıqda insan həyatı başqa bir cür qavrayır, müdrikləşir.


“Medicina” xəbər verir ki, Avstriyalı psixoloq Yidit Qlyuk qocaldıqca müdrikləşməyin əlaqəsini araşdırıb.


Araşdırmalarının nəticəsinə görə, reallıqda heç də bütün qocalar müdrik olmurlar.

Ümumiyyətlə, müdriklik qazanmaq üçün qocalmaq kifayət deyil.

Müdrikliyin dəqiq inkişaf mexanizmi yoxdur və bu heç də hamıda baş vermir.

Müdrikliyin əsas şərti, insanın insanın həyat dərsindən necə dərs və nəticə çıxarması və nə düşünməsi ilə bağlıdır.

Elmi araşdırmalar sübut edib ki, müdriklik 3 əsas faktordan asılıdır:

- İntelekt, yaradıcılıq, cəmiyyətdə mövqe, açıqlıq
- Motivasiya, professinallıq, çox zəngin həyat təcrübəsi
- Valideyn və ya müəllim olmaq, ruhi inkişaf

Bu amillər və bu faktorlarda yaşadıqlarınız sizi daha çox müdrik edəcək, nəinki qocalmaq.

Psixoloq müdrikliyin xarakterini də açıb:

Həyata maraq, özünü aşmaq, başqalarına qarşı hissiyyatlı, mərhəmətli olmaq, şəxsi sərhədlər qoymamaq, öz inanclarını lazım gələrsə şübhə altına almaq, çətin problemləri stressiz həll etməyə qadir olmaq.

Bu bacarıqlar isə hətta 30-40 yaşında insanda da ola bilər.
Bİr çox alimlər isə müdrikliyin çətinliklər hesabına yarandığını sübut edib.

Əgər insan həyatı boyu hər şeyi öz zəhməti və çətinliklər hesabına əldə edibsə, onun müdrikliyi zamanla formalaşır.

Aygün