Hərarət 27-ni keçəndə bu xəstəliklər kəskinləşir - Həkimdən xəbərdarlıq

  • 2022.06.09 16:07
  • 2401 Baxış
Hərarət 27-ni keçəndə bu xəstəliklər kəskinləşir  - Həkimdən xəbərdarlıq


İsti havalarda hər artan dərəcə bəzi xəstəlikləri aktivləşdirir.

Bakupost.az xəbər verir ki, terapevt Aleksey Xuxrev istidən əziyyət çəkən orqanları açıqlayıb.


“İsti havadan orqanizmin daxilində istilik çoxalır, soyutma sistemi işə düşür, bu 2 yolla baş verir: dəridən tərlə və qan dövranının artması ilə. Bu zaman ürəyin işi çoxalır, o qanı damarlardan tez-tez qovur ki, dərinin səthinə istiliyi çıxararaq orqanizmi soyutsun.

Ona görə də, isti havalar hipertonik krizləri və ürək çatışmazlığını artırır, ürək tutmaları çoxalır. 28 dərəcədən yuxarıda infarkt və insult riski artır.

Çoxlu tərləmədən dəri xəstəlikləri, dermatoz, göbələk, rozasea yarana bilir.

Eləcə də böyrəklərə yük düşür. Böyrək xəstəliklərinin kəskinləşməməsi üçün insan isti havada kifayət qədər adi maye içməlidir.
“İsti havada insan maye itirir, bu zaman böyrək arteriyalarında təzyiq düşür, böyrəklərin filtr funksiyası pozulur, maye bədəndə yığılır, sidiyə az gedilir”.


Aygün Musayeva
BakuPost