Hindistan mutasiyasının Azərbaycana keçmə ehtimalı yüksəkdir - TƏBİB

  • 2021.06.25 16:56
  • 2317 Baxış
Hindistan mutasiyasının Azərbaycana keçmə ehtimalı yüksəkdir -  TƏBİB
“Türkiyənin 16 vilayətində koronavirusun Hindistan ştammı aşkarlanıb”.

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “COVID-19” mövzusunda çıxışında deyib.

O bildirib ki, bu ştamm dünyanın 90-dan çox ölkəsində qeydə alınıb:

“Hazırda bizdə koronavirusa yoluxma sayı azdır. Azərbaycanda bu ştamma yoluxuma olmayıb. Bu ştammın ölkəyə gəlmə ehtimalı da yüksəkdir. Çünki Azərbaycan digər ölkələrdən izolə olunmuş vəziyyətdə deyil”.