Hindistanda yeni xəstəlik yayılır - “Pomidor qripi” nədir?

  • 2022.06.02 15:29
  • 3075 Baxış
Hindistanda yeni xəstəlik yayılır  -    “Pomidor qripi” nədir?

Hindistanda uşaqlar və yeniyetmələr arasında naməlum xəstəlik “avlovlanıb”.

Bakupost.az xəbər verir ki, hələ ki, ona “pomidor qripi” adı verib.

Məlumatda bildirilir ki, may ayında 80-dən çox yoluxma qeydə alınıb.

Xəstələrin yaşı 5-12 yaş arası dəyişir.

Xəstəliyin əlamətləri bədəndə qırmızı suluq səpkilər, bədəndə ağrı, mədə-bağırsağın pozulması, qızdırma, öskürək, qrip əlamətləri, ürəkbulanmadır.

Xəstəlik zamanı bədəndə ciddi susuzlaşma gedir, uşaqlar halsız olur.

İnfeksion xəstəliklər üzrə mütəxəssis Subxaş Çandranın sözlərinə görə xəstəlik ölümcül deyil, amma çox yoluxdurucu və sürətlidir.
Ölkənin tibb müəssisələri fövqəladə hazırlıq vəziyyətinə gətirilib.


Aygün Musayeva
BakuPost