Hindistanın məşhur aktyoru koronavirusa yoluxdu

  • 2020.07.12 10:39
  • 11121 Baxış
Hindistanın məşhur aktyoru koronavirusa yoluxdu
Bollivud ulduzu, 77 yaşlı hindistanlı aktyor Amitabx Baççan koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə aktyor Tvitter hesabında qeyd edib. O bildirib ki, koronavirus testinin nəticəsi pozitiv olub:

"COVİD-19 testim pozitiv çıxdı. Məni xəstəxanaya yerləşdirdilər. Ailəm və işçilərim də test verib, nəticəni gözləyirlər".

Aktyor son 10 gündə onunla təmasda olan hər kəsdən koronavirus testindən keçməyi xahiş edib.