İnsan üçün soyuducu icad olundu

  • 2026.07.24 17:05
  • 178 Baxış
İnsan üçün soyuducu icad olundu


Yaponiyada "Do Hiemon Box" adlı qeyri-adi qurğu təqdim edilib.

Medicina.az xəbər verir ki, "İnsan soyuducusu" temperatur 15 dərəcə saxlanılır. İstifadəçi əyləşdikdən sonra isə baş, boyun və çiyin nahiyəsinə 5 dərəcəyədək soyudulmuş hava verilir.

Bildirilib ki, 5 dəqiqə ərzində sərinlədici təsir hiss olunur, 10 dəqiqə qalmaq isə bədən temperaturunu aşağı salmağa kömək edir.

Qurğu əsasən tikinti və zavod işçiləri kimi açıq havada və isti şəraitdə çalışanlar üçün nəzərdə tutulub.

Soyuducunun qiyməti təxminən 1,5 milyon yen (təxminən 15 min 889 manat) təşkil edir.

Medicina.az