Telefon qabında dəfnə yarpağı saxlamaq...: Səbəbi budur

  • 2026.08.03 23:25
  • 233 Baxış
Telefon qabında dəfnə yarpağı saxlamaq...:  Səbəbi budur

Sosial mediada yeni bir trend başlayıb. Minlərlə insan telefon qablarının arxasına dəfnə yarpaqları qoyur.

Bəs bunun məqsədi nədir?

Medicina.az xəbər verir ko, əvvəlcə qəribə bir bəzək kimi görünən şey əslində yeni bir rituala çevrilib.



Dəfnə yarpağının qələbə və uğuru təmsil etməsi əslində Qədim Yunanıstan və Romaya gedib çıxır.

O dövrdə şairlər və qalib sərkərdələr tərəfindən taxılan dəfnə yarpağı tacı bu gün populyar mədəniyyətin və ritualların bir hissəsinə çevrilib.

Bugünkü müasir dünyada telefonlarımız iş, münasibətlər və imkanlarla əlaqə qurmaq üçün istifadə etdiyimiz ən vacib vasitələrdir. Buna görə də insanlar telefonlarının arxasına dəfnə yarpaqları qoyurlar ki, bu da bir növ "uğur və firavanlıq cəlb etmək" deməkdir.

Bəziləri hətta bu niyyətləri gün ərzində canlı saxlamaq üçün yarpaq üzərinə kiçik bir arzu və ya məqsəd yazır.

Aygün
Medicina.az