HİV dərmanı Koronavirus müalicəsində istifadə olunacaq

  • 2020.04.01 16:52
  • 2491 Baxış
HİV dərmanı Koronavirus müalicəsində istifadə olunacaq
Amerika biotexnologiya şirkəti CytoDyn tərəfindən Leronlimab (leronlimab) dərmanı hazırlanıb .

Dərman təcrübi xarakter daşıyır. İlk olaraq HİV və döş xərçəngi diaqnozlu xəstələrin müalicəsi üçün nəzərddə tutulmuşdur.


Leronlimab hələ də klinik sınaqlar mərhələsindədir və ABŞ-ın Qida və Dərman Administrasiyası tərəfindən(FDA) rəsmi olaraq təsdiqlənməmişdir, ABŞ dərman bazarına daxil ola bilməz. Bununla belə, Leronlimabın HİV və xərçəngdən daha çox COVID-19 müalicəsi üçün FDA təsdiqini alması real görünür.

840 HİV xəstəsi üzərind aparılan sınaqlar zamanı onun iltihabın səviyyəsini əhəmiyyətli dərəcədə azaltdığı məlum olub. Nyu-Yorəkdakı xəstəxanalardan birində COVİD-19-nin əsas faktoru - pnevmoniyanın müalicəsində, mexanik havalandırma aparatına qoşulmuş həyatları üçün ciddi təhlükə olan yeddi xəstəyə Leronlimab tətbiq etməyə qərar verilib. Bu xəstələr yaranan kəskin tənəffüs çatışmazlığı sindromundan ölüblər. Həmin çatışmazlığı yaradan səbəb isə immun sisteminin infeksiyaya həddindən artıq aktiv reaksiyası nəticəsində yaranır.

"Sitokin fırtınası" adlanan bu reaksiya iltihabın nəzarətdən çıxmasına və bütün orqanizmə yayılmasına , ilk növbədə tənəffüs sistemini məhv etməsinə və ölümlə nəticələnməsinə səbəb olur.
Leronlimabın isə hələ aydın olmayan səbəblərə görə "sitokin fırtınası"nı sakitləşdirmək qabiliyyətinə malik olduğu təsdiqlənib. Yaşı 70-dən yuxarı olan xəstələrdən birində ilk dəfə inyeksiya edildikdən dərhal sonra, xeyli irəliləyiş baş verdi, mexaniki ventilyasiya aparatından (IVL) çıxarıldı və özü nəfəs almağa başladı.

Tezliklə başqa bir xəstənin vəziyyətində də eyni hal müşahidə olunub. İlk ineksiyadan üç gün sonra bu iki və digər iki xəstənin qan analizləri “sitokin fırtınası” nın azaldığını göstərib. Leronlimabın ikinci dozası xəstələrdən birincisindən bir həftə sonra qəbul edilib və o vaxtdan bəri xəstələrin altısının vəziyyəti yaxşılaşmağa doğru gedir
Leronlimabın COVID-19 olan daha 75 ağır xəstəyə təyin olunacağı planlaşdırılır və nəticələr ilk yeddi xəstəlardıki effekti verərsə, dərmanın növbəti altı həftə ərzində FDA-dan təsdiq alma ehtimalı var.