Hollivud ulduzlarından gənclik resepti - Qızıl süd

  • 2023.07.24 14:24
  • 1639 Baxış
Hollivud ulduzlarından gənclik resepti   - Qızıl süd
Bu içkini hazırlamaqla gözəlliyi asanlıqla qoruyub saxlaya bilərsiz.

“Medicina” xəbər veri ki, nutrisoloq Anna Serafimoviçin sözlərinə görə, qızıl süd əsrlər boyu tanınır. Bununla belə, hər kəs möcüzəvi içki hazırlaya bilər. Bunun üçün südü götürün, üzərinə zərdəçal, darçın, hil, zəncəfil və qara bibər əlavə edib qaynadın. Sonra otaq temperaturuna qədər soyudun.


“Əgər ədviyyatlardan birinə allergik reaksiya varsa, onu tərkibdən xaric edə bilərsiniz .

Düzgün qidalanma ilə yanaşı bu südün orta gündəlik dozası yarım litrdən bir litrə qədər dəyişir. Bir şey dəqiqdir ki, qızıl süd həqiqətən çox faydalıdır.

Yaşlanmaya qarşı ən mühüm “döyüşçü” sarıkökdür. Güclü antioksidant xüsusiyyətlərə malik olan kurkumin hüceyrə zədələnməsinə səbəb olan patoloji prosesləri bloklayır.

Qızıl süd hamilə qadınlara, uşaqlara və hepatit keçirmiş insanlara tövsiyə edilmir”.

Günay Quluzadə