Metyu Perrinin həkimi bir il yarımdan sonra günahkar olduğunu etiraf etdi
“Medicina” xəbər verir ki, 1 gün əvvəl Metyu Perrinin şəxsi həkimi Salvador Plasencia günahını boynuna aldığı məhkəmə prosesi keçirilib.
Həkim onu qanunsuz olaraq qadağan olunmuş maddələrlə təmin edib və iynə vurmaq üçün şəxsən aktyorun evinə bir neçə dəfə baş çəkib. Bu inyeksiyalardan biri Los-Ancelesdəki dayanacaqda avtomobildə edilib.
Bundan başqa, görüş zamanı həkimin həmkarına göndərdiyi bədnam smslər də xüsusi diqqətlə araşdırılıb. “Görəsən, bu axmaq bu dəfə nə qədər ödəyəcək?”, “Onun başqalarından ketamin almasını istəmirəm”, “Kaş mən də onun köməkçisi olaydım”.
Perridən Salvadora iynə vurulmasını xahiş edən mesaj da tapıldı: “İstəsən, sənə ilk dozanı verəcəm və sənə lazım olan hər şeyi buraxacağam”.
Plasensiyaya qarşı 4 maddə üzrə ittiham irəli sürülüb. Onu 40 ilə qədər həbs və 2 milyon dollar cərimə gözləyir.
Aygün Musayeva