Hormonal pozulmanın olub-olmamasını necə bilməli?

  • 2022.09.28 17:35
  • 2168 Baxış
Hormonal pozulmanın olub-olmamasını necə bilməli?


Hormonal pozuntu təkcə qadınlarda yox, kişilərdə və uşaqlarda da olur. Çox insanlarda bu proses elə uşaqlıqdan başlayır.


"Medicina" həkimə getmədən öncə hormonal disbalansı təyin etməyin metodikasını açıqlayır.

Həkim ginekoloq Yevgeniya Nazimova bu əlamətlərdən şübhələnməyi tövsiyə edir.

"Süd vəzilərinin şişməsi, menstrual pozğunluq, çox gur menstruasiya, günlərin azalması, uzanması, səbəbsiz kökəlmə, piylənmə, saçların tökülməsi, bədənin bəzi yerlərində tüklənmə,

soyuq və ya isti hissi, tərləmə, titrəmə, hamilə qalmaqda çətinlik, iştahsızlıq, yuxusuzluq.

Bu bəzi hormonların azlığı və çoxluğundan ola bilər.

Analiz və müayinə üçün ginekoloq və endokrinoloqa müraciət etmək vacibdir".

Aygün Musayeva