İbn Sinadan 3 möhtəşəm RESEPT - Böyrək daşlarını necə salmalı?

  • 2020.04.13 14:10
  • 4288 Baxış
İbn Sinadan 3 möhtəşəm RESEPT   - Böyrək daşlarını necə salmalı?

Dahi şərq alimi İbn Sinanın müalicə üsulları bu günədək öz aktuallığını itirməyib.

Medicina.az Publika.az-a istinadən görkəmli təbibin təbii müalicə üsullarını təqdim edir.

İshal üçün

İnqrediyentlər: 2 litr su, 100 qram turş nar qabığı

Hazırlanması: Nar qabığını suda qaynadın, soyuduqdan sonra tox qarına 1 stəkan için. Təsiri qısa müddət ərzində hiss olunur.

Yaraların müalicəsi üçün

İnqrediyentlər: 1 yemək qaşığı sumaq və bal

Hazırlanması: Sumağı əzib balla qarışdırın. Yara olan yerə bu qarışığı sürtün. Təxminən 1 saat sonra ilıq su ilə yaxalayın. Yara qabıq bağlayana qədər proseduru davam edin.


Böyrək daşı üçün

İnqrediyentlər: 2 yemək qaşığı üzüm çəyirdəyi, 1 stəkan mineral su

Hazırlanması: İkisini qarışdırıb için. Bu təbii qarışıq sayəsində böyrək daşlarından asan yolla xilas ola biləcəksiniz.

Ağız qoxusuna qarşı

İnqrediyentlər: 3,5 q dərman alpiniyası, 3,5 q quru zəncəfil, 3,5 q mixək, 3,5 q hil, 3,5 q istiot, 70 q müşk, 105 q limon qabığı, 3,5 qram hind qozu tozu, 3,5 q darçın və bal

Hazırlanması:

Bütün ədviyyatları toz halına gətirib kasada qarışdırın. Üzərində bal əlavə edin. Yaxşıca qarışdırandan sonra bir çay qaşığı yeyin. Ağız qoxusunu aradan qaldırmaq üçün son dərəcə güclü reseptdir.