İcbari tibbi sığorta daxilolmaları 16% artırıb

  • 2024.03.14 16:06
  • 381 Baxış
İcbari tibbi sığorta daxilolmaları 16% artırıb
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 153,2 milyon manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 15,5% çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,9% artaraq 110,4 milyon manat olub.

Bu il İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 811,4 milyon manatdır. Bunun 815,1 milyon manatı icbari tibbi sığorta haqlarının hesabına formalaşdırılmalıdır. 2 ay ərzində həmin məbləğin 18,8%-i yığılıb.