İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti ARTIRILIR

  • 2021.12.28 16:04
  • 1472 Baxış
İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti    ARTIRILIR


İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti artırılır.

Medicina.az xəbər verir ki, bununla əlaqədar Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır.

Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olacaq.