Qar əlavə edilmiş Yeni Bud Light Blizzard Brew buz pivəsi məhdud sayda istehsal olunub.
Medicina.az xəbər verir ki, qar əlavə edilmiş pivə Pivə Buffalo Bills futbol komandasına hörmət əlaməti olaraq düşünülüb. İçki ilin ilk qar yağışı zamanı Highmark Stadionunda (Nyu-York, ABŞ) toplanan qarla dəmlənib.
Qar pivə zavoduna çatdırılıb və mütəxəssislər qrupu onu dəmləmə prosesinə daxil edib. Orijinal pivə belə yaradılıb. Qarın pivənin dadına hər hansı bir təsir göstərdiyini təsəvvür etmək çətindir.
Keçən il AB InBev Brewing Company öz brendinin satışlarını artırmaq üçün Milli Futbol Liqası ilə əməkdaşlıq edib. Və bir çoxları artıq yeni "qar fırtınası" pivəsini marketinq hiyləsi adlandırıblar.
Aygün Musayeva