Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İçki içib insult oldu – Elə bildi sərxoşdur

  • 2023.09.28 16:01
  • 1799 Baxış
İçki içib insult oldu  – Elə bildi sərxoşdur
Britaniyanın Kral xəstəxanasının həkimləri 27 yaşlı qızda insult diaqnozu qoyub.


“Medicina” xəbər verir ki, Coanna Uaytlı nişanlısının ad günündə alkoqollu kokteyl içdikdən sonra huşu dumanlanmağa, görməsi pozulmağa, başı sıxılmağa başlayanda elə bilib ki. içkinin təsirindən belə oldu.

2 dəqiqə sonra onun bədəni keyiyib və ətrafa qarşı hissiyatı itib. Özünü pis hiss edən qız içkisinə nəsə qatıldığından qorxaraq oranı tərk edir. Səhərə kimi güclü bulantı hiss edib. Səhər isə bir gözünün bulandığını və yaxşı görmədiyini görüb təcili yardıma gedir.

MRT və KT-dən sonra qızın ürəyində soltərəfli insult diaqnozu qoyulub.

İnsult beynin mikro damarlarının zədələnməsidir. Bu zaman bədəndə əlamətlər sağ tərəfindən özünü göstərir.

Sonradan məlum olub ki, səbəb içki yox, qızın vaxtında diaqnoz olunmamış mədəcikarası çəpərin anadangəlmə defekti, dəliyidir. Bu sanki ürəyin anadangəlmə anomal mədəcik yetməməzliyinə bənzəyir.

Getdikcə yaş, təzyiq, siqaret, içki və diabet insanlarda insultu artırır.

Baxmayaraq ki, qız idmanla məşğul olurdu, o nadir halda içki içirdi.

Xəstə bir neçə gün sonra ürəyindən əməliyyat olundu. Və sol tərəfin fəaliyyətini bərpa etmək üçün fizioterapiya keçir.

Aygün M