İdman və seksdə uğur qazanmaq üçün hormon

  • 2023.07.25 22:17
  • 1502 Baxış
İdman və seksdə uğur qazanmaq üçün hormon

Testosteron əsas kişi hormonudur. Bu hormonun səviyyəsi normalda 300 ilə 1000 ng/dl arasında və yaşa, çəkiyə, həyat tərzinə və digər parametrlərə görə dəyişir. Testosteron səviyyələri yaşla tədricən azalır, 30 yaşdan sonra ildə orta hesabla 1% təşkil edir.



İdman və seksdə uğur qazanmaq üçün testosteron səviyyəsini artırmağın 6 sübut edilmiş yolu var.


“Medicina” xəbər verir ki, tibbdə testosteron səviyyəsi bəzi xəstəliklərin müalicəsi üçün xüsusi dərman və inyeksiyalarla qaldırılır.

Sürətlə əzələ kütləsi qazanmaq üçün bəzi idmançılar tərəfindən də inyeksiyalar edilir. Ancaq bu üsul fəsadlara səbəb ola bilər - çox yüksək testosteron səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır və sümük sağlamlığına mənfi təsir göstərir.


İdman testosteron səviyyəsini artırmağın ən təsirli yollarından biridir. Bundan əlavə, onlar digər xəstəliklərin, xüsusən də ürək-damar və neyrodegenerativ xəstəliklərin riskini azaldır.

Araşdırmalar göstərib ki, həm həddindən artıq yemək, həm də çox aşağı kalorili pəhriz testosteronu aşağı salır.
Rasionda sağlam pəhrizin bütün komponentləri olmalıdır: zülallar, yağlar və karbohidratlar.

Uzun müddət davam edən stress həmişə kortizolun davamlı artması deməkdir. Öz növbəsində bu hormon testosteron səviyyəsini aşağı salır.

Normal testeron üçün vitamin D mütləqdir. Gündəlik vitamin normasını almaq üçün hər gün günün ortasında təxminən bir saat günəşdə olmaq lazımdır.

Yayda bu çətin deyil, lakin qışda şəhər sakinlərinin əksəriyyətində D vitamini çatışmazlığı olur. Bu çatışmazlığı qida əlavələrinin köməyi ilə aradan qaldırmaq olar.

Daha çox D vitamini olan qidalar yeməyə çalışın: yağlı balıq (somon, sardina), yumurta sarısı, istiridyə.
Həmçinin sink də rol oynayır. Alimlər sink çatışmazlığı olan kişilərdə bu mikroelementin qəbulunun nəinki onun səviyyəsini bərpa etdiyini, həm də testosteronu da artırdığını aşkar ediblər.

Günay Quluzadə