İki nəfər dəm qazından zəhərlənib

  • 2018.03.27 14:45
  • 14279 Baxış
İki nəfər dəm qazından zəhərlənib
Nərimanov və Suraxanı rayonlarından dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya 2 nəfər daxil olub.


Medicina.az Ölkə.Az-a istinadən xəbər verir ki,  Nərimanov rayonu, Xan Şuşinski küçəsi 134-də yaşayan 1983-cü il təvəllüdlü Elşad Atakişiyev evinin hamam otağında dəm qazından zəhərlənib. 35 yaşlı kişinin həyatını xilas etmək mümkün olub. 


Digər bir bədbəx hadisənin qurbanı isə Zığ qəsəbə sakini olub. Simnarə Şabanova yaşadığı evin hamam otağında dəm qazından boğulub. Ailə üzvlərinin köməkliyi nəticəsində qadın xəstəxanaya çatdırılıb və həyatı xilas olunub. 


Faktla bağlı hər iki rayon prokurorluğunda araşdırmalara başlanılıb.