İki uşaq dəm qazından zəhərlənib

  • 2018.03.23 11:41
  • 13946 Baxış
İki uşaq dəm qazından zəhərlənib
Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.


Medicina.az apa.az-a istinadən xəbər verir ki, hadisə Qobustan şəhərində qeydə alınıb.


Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.