Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İki xəstəxananın direktoru işdən çıxarıldı

  • 2024.06.13 20:50
  • 6535 Baxış
İki xəstəxananın direktoru işdən çıxarıldı
Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev işdən azad olunub.

Medicina.az xəbər verir ki, o, ötən ilin iyul ayında Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə bu vəzifəyə təyin edilmişdi.

Cavid Nazim oğlu Paşayev 2022-2023-cü illərdə “Yeni Klinika”nın Müalicə işləri üzrə direktorunun birinci müavini olub və sonra direktor vəzifəsini icra edib.

Artıq onun yerinə yeni direktor təyinatı da olub. Səhiyyə nazirinin əmrinə əsasən, klinikanın direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov gətirilib.

Məlumata görə, eyni zamanda Azərbaycan Tibb Üniversitetinin Tədris Terapevtik Klinikasının baş direktoru Fərid Eyvazov da tutduğu vəzifədən azad olunub. O, öz ərizəsi əsasında işdən çıxıb.

Səhiyyə naziri Teymur Musayevin sərəncamı ilə Fərid Eyvazov ötən ilin aprel ayında bu vəzifəyə təyin edilmişdi. O, 2015-2018-ci illərdə “Aliance-Clinik”də baş həkim kimi fəaliyyət göstərib. Daha sonra isə “Bakı Bərpa Mərkəzi”ndə baş həkim olaraq çalışıb.


Aysel