İkincili təzyiq xəstəliyinin səbəbi bilinmir - Kardioloq

  • 2023.06.06 17:37
  • 2104 Baxış
İkincili təzyiq xəstəliyinin səbəbi bilinmir   - Kardioloq
Təzyiqin əsasən 2 növü var: birincili və ikincili. 90% hallarda hipertoniya ikincili olur.


"Medicina" xəbər verir ki, kardioloq Mehman Məmmədov hipertoniyanın profilaktikasının vacibliyini bildirib.


“Birincili təzyiq müəyyən orqan və xəstəliklə bağlıdır. İkincili hipertoniyanın səbəbi isə bilinmir. Ümumiyyətlə hipertoniyanın səbəbi 90% hallarda qeyri-müəyyən olur”\.

Hipertoniyanın profilaktikasının aparılması vacibdir. Stressli vəziyyətlərdə valokordin, korvalol və validol kimi sakitləşdirici dərmanlar qəbul edə bilərsiniz.

Onların tərkibində bitki mənşəli maddələr. Ancaq güclü panik atak və stresdə, ürək ağrısı hücumlarında bu dərmanlar təsir etmir.

Təzyiqi yüksək olan insanlara fiziki fəaliyyəti məhdudlaşdırmağı, hamam və saunalara baş çəkməkdə diqqətli olmağı, spirtli içkilərdən imtina etməyi məsləhət görürəm".

Aygün Musayeva