İlham Əliyev Putini təbrik etdi

  • 2020.08.13 02:08
  • 2758 Baxış
İlham Əliyev Putini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev koronavirusa qarşı peyvəndin qeydiyyatdan keçməsindən dolayı rusiyalı həmkarı Vladimir Putinə təbrik ünvanlayıb.

Medicina.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“İlham Əliyev Vladimir Putini koronavirusa qarşı Rusiya vaksininin qeydiyyatdan keçməsi münasibətilə təbrik edib”, - deyə bildirilib.

Bundan əlavə, liderlər Azərbaycan-Ermənistan sərhədindəki situasiyanı müzakirə ediblər. Putin konfliktin eskalasiyasının qarşısının alınmalı olduğunu qeyd edib.

“Bütün sahələrdə Rusiya-Azərbaycan əlaqələrinin daha gücləndirilməsi yönündə qarşılıqlı fikirbirliyi təsdiqlənib”, - deyə bildirilib.