İlon Maskın oğlu cinsiyyətini dəyişir - Atasından imtina edir

  • 2022.06.21 15:00
  • 2073 Baxış
İlon Maskın oğlu cinsiyyətini dəyişir -  Atasından imtina edir
“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskın oğlu Ksavyer cinsiyyətini dəyişmək və atasının soyadından imtina etmək üçün məhkəməyə müraciət edib.


Medicina.az xəbər verir ki, 18 yaşlı Ksavyer atasından imtina etmək istəyir.


“Mən artıq onunla yaşamıram, bioloji atamla əlaqəli olmaq istəmirəm”

O, adını Vivian Cenna Uilson etmək istəyir.

Ksavyer Maskın adını dəyişdirdikdən sonra atasından maliyyə yardımı alıb-almayacağı açıqlanmayıb.

Qeyd edək ki, oğlan İlon Mask 2000-ci ildə kanadalı yazıçı Castin Uilson ilə rəsmi nikahından doğuıub.