İmmun sisteminin düşməni 2 qida

  • 13 Noy 2021 15:08
  • 850 Baxış
İmmun sisteminin düşməni 2 qida

İmmunitetin zəiflənməsinin səbəbi düzgün olmayan qidalanma ola bilər.


Medicina.az xəbər verir ki, həkim-diyetoloq İrina Lizun immun sisteminə ziyan vuran qidalar haqqında məlumat verib. Onun sözlərinə görə, immun sisteminin 2 ən böyük düşməni şəkər və trans yağlardır.

“Şəkərin çoxlu miqdarda istehlakı bağırsaqların mikroflorasını pozur, mikroflora isə orqanizmin immun reaksiyalarını fəallaşdırır. Trans yağlar bitki yağlardan “kərə yağı”na oxşayan yağların hazırlanması nəticəsində əmələ gəlir. Trans yağlar yarımfabrikatlarda çoxdur və onlar da immun funksiyasına çox mənfi təsir edir” – həkim bildirib

Həkim-diyetoloq xəbərdarlıq edib ki, qidalanmada daim eyni məhsulların olması orqanizmdə vitamin, mineral və antioksidantların defisitini yaradır ki, bu da immuniteti zəiflədir.

“Qidalanmada yağ və karbohidratlarla zəngin olan eyni qidaların olması immun sistemi üçün çox ziyanlıdır”, - həkim əlavə edib.