Çində ilk dəfə robot-həkim imtahan verdi - Lizenziya aldı

  • 2017.11.21 16:31
  • 15455 Baxış
Çində ilk dəfə robot-həkim imtahan verdi -  Lizenziya aldı
Çin robotu Siyao dünyada ilk tibbi lisenziya alan həkim robot olub.  


Medicina.az xəbər verir ki, robotun mühəndisləri 1 il ərzində onun yaddaşına tibbi dərslikləri yükləyiblər. Test imtahanından keçən robotu 10-a yaxın mütəxəssis izləyib. Siyao sualların cavablarını internetdən öyrənməməsi üçün internetə bağlanmayıb. İmtahanlardan uğurla keçən robot həkimlik sertifikatı alıb.


Onun həkim kimi harda fəaliyyət göstərəcəyi hələ ki, təyin olunmayıb. "Ağ Mələk” adlandırılan robot dünyada ilk həkim robot kimi tarixə düşüb.