İndiki qrip virusları insanın yaddaşını korlayır

  • 2018.03.03 17:44
  • 22774 Baxış
İndiki qrip virusları insanın yaddaşını korlayır
Almaniyalı alimlər təyin ediblər ki, bir sıra qrip ştammları yaddaşa mənfi təsir göstərə bilir.

 

Eksperimentin gedişində qrip virusuna yoluxmuş heyvanların yaddaşında baş verən dəyişikliklər analiz olunub. Bu qrip ştammları yaddaşa daha mənfi təsir göstərir: H1N1 ( donuz qripi), H3N2 (hazırda Avropada lider olan qrip) və H7N7. Bu viruslara yoluxdurulmuş siçanlarda yoluxmadan 1 ay sonra yaddaşda zəifləmə müşahidə olundu.

 

Yalnız 4-5 aydan sonra bu virus ştammları ilə yoluxdurulmuş siçanların yaddaşı və oriyentasiyası normaya düşdü. Siçanların beyninin araşdırılması sübut etdi ki, bu iki qrip ştammı hippokamp nahiyəsində neyronlar şəbəkəsini dəyişir. Qriplə yoluxduqdan sonra immun hüceyrələri və genlərdə dəyişiklik olur. Bu genlər psixika və yaddaşla bağlıdır.

 

Siçanların beyninin insan beyni ilə oxşarlığını nəzərə alıb, eksperimentin insanlar üçün də eyni nəticə verəcəyini irəli sürmək olar. Son zamanlar insanların tez-tez huşsuzluq və yaddaş zəifliyindən şikayətçi olması da qrip virusu ilə əlaqəli ola bilər.